Propolis Cövhəri
Endirimdə olan məhsul
Məhsul tükənmək üzərədir. Almağa tələsin
Propolis Cövhəri
Balban Propolis Cövhəri – təbii arı qatranı olan propolisin spirtdə çıxarılmış ekstraktıdır. Tərkibində xam propolis, qoz pərdəsi və perqa yer alır. İmmuniteti gücləndirir, boğaz iltihablarını aradan qaldırır, soyuqdəymə, dəri və mədə-bağırsaq problemlərinə qarşı təbii qoruyucu rolunu oynayır.
22.00₼ İlkin qiymət: 22.00₼.20.00₼Cari qiymət: 20.00₼.
200 AZN üzəri bütün sifarişlər Bakı və Sumqayıt şəhərləri ərazisində olan ünvanlara pulsuz çatdırılır.
Məhsul əgər çatdırılma zamanı zədələnibsə, məhsul sifarişdəki şəkillə uyğun deyilsə, məhulun ölçüsü və rəngi sifarişlə üst-üstə düşmürsə o zaman məhsulunuz geri qaytarılır.
Məhsul detalları
Bal, arı məhsulları və sağlamlıq qarışımları onlayn mağazası
Balban sizə təbii və laboratoriyadan keçmiş geniş çeşiddə bal, arı məhsulları və onlardan hazırlanmış sağlamlıq qarışımları təqdim edir. Artıq siz evdən çıxmadan, onlayn mağamızdan sevdiyiniz balı və digər məhsulları asanlıqla sifariş edib, qapınızda təhvil ala bilərsiniz.
Açıqlama
Propolis Cövhəri
Propolis Cövhəri Haqqında Məlumatlar
Propolis, arıların ağac qabığından, qönçələrdən və bitkilərin qatranlı hissələrindən toplayaraq istehsal etdiyi, təbiətdə nadir rast gəlinən yüksək antibakterial, antiviral və antifungal təsirə malik maddədir. Bu maddə arı ailəsinin “təbii qalxanı” sayılır və minillərdir alternativ təbabətdə istifadə olunur.
Uzunmüddətli çıxarılma prosesi sayəsində cövhər, propolisin bütün bioaktiv maddələrini — flavonoidlər, fenolik turşular, esterlər və mikroelementləri tam şəkildə özündə saxlayır.
Texniki Məlumatlar
- Tərkibi: Xam propolis 70–72% qida təhlükəsizliyinə uyğun spirtdə
- Forması: Maye cövhər
- Rəngi: Qəhvəyi tünd, bəzən açıq çalarlarla
- Dad: Güclü və qatranvari
- Qablaşdırma: Tünd şüşə flakon (20 ml / 30 ml / 50 ml)
- Saxlama: İşıqsız, sərin və quru yerdə
- İstifadə müddəti: 12 ay (açıldıqdan sonra 6 ay ərzində istifadə tövsiyə olunur)
- Mədənin açıq yarasında istifadəsi məsləhət görülmür.
Propolis Cövhərinin Faydaları
İmmunitet dəstəyi
– Orqanizmin viruslara, bakteriyalara və göbələklərə qarşı müqavimətini artırır.
Təbii antibiotik təsiri
– Kimyəvi antibiotiklərə alternativ olaraq, infeksiyalarla mübarizə aparır.
Boğaz və ağız iltihabları
– Angina, stomatit, diş əti iltihabı, ağız yaraları zamanı effektiv dəstək göstərir.
Soyuqdəymə və qrip əleyhinə
– Boğaz ağrısı, öskürək və burun axması zamanı rahatlaşdırıcı təsir göstərir.
Dəri problemləri
– Sızanaq, yara, kəsik, yanıqlar, göbələk infeksiyaları üçün yerli antiseptik kimi istifadə olunur.
Mədə-bağırsaq sağlamlığı
– Qastrit, mədə xorası, bağırsaq florasının bərpasında dəstək verir.
Antiviral və antifungal təsir
– Herpes və dəri göbələklərinə qarşı təbii qoruyucu rol oynayır.
Qan dövranı
– Ürək-damar sisteminin fəaliyyətini dəstəkləyir, damar sərtliyinin qarşısını alır.
Propolis Cövhərinin İstifadə Qaydası
- Böyüklər üçün:– Gündə 2 dəfə, 15–25 damcı, 40-50 ml ilıq suya və ya bala damcıladılaraq qəbul edilir.– Yaxud ağız-boğaz problemi zamanı ağız yaxalama suyu kimi (su ilə qarışdırılmış formada) istifadə olunur.
- Uşaqlar (3 yaşdan yuxarı):– hər yaşa 1 damcı– Spirt tərkibinə görə ilıq su ilə qarışdırılaraq verilməlidir.
- Xaricə tətbiq:– Dəri üzərində sızanaq, kəsik və ya göbələk olan hissəyə pambıqla çəkilə bilər.– Yandırıcı təsirdən qaçmaq üçün seyrədilərək istifadə tövsiyə olunur.
Propolis Cövhəri Haqqında Tez-tez Verilən Suallar
1. Propolis nədir və niyə bu qədər faydalıdır?
Propolis arıların təbii antibakterial qoruyucu qatranıdır. 300-dən çox aktiv maddə ehtiva edir və bu səbəbdən çox yönlü təsirlidir.
2. Spirtdə olması təhlükəlidirmi?
Propolis zəngin olduğu üçün və istifadə zamanı ilıq su və ya balla qarışdırıldığı üçün gündəlik istifadədə təhlükəli deyil. Spirtə qarşı həssas şəxslər az doza ilə qəbul etməlidir.
3. Uşaqlara vermək olarmı?
Bəli, lakin seyrədilmiş və az dozada, həkim məsləhəti ilə.
4. Yerli tətbiq etmək olarmı?
Bəli. Dəri problemlərində, ağız yaralarında və diş əti iltihablarında yerli antiseptik kimi istifadə olunur.
Müştəri qiymətləndirməsi
Əlaqədar məhsullar
Bal, arı məhsulları və sağlamlıq qarışımları onlayn mağazası
Balban sizə təbii və laboratoriyadan keçmiş geniş çeşiddə bal, arı məhsulları və onlardan hazırlanmış sağlamlıq qarışımları təqdim edir. Artıq siz evdən çıxmadan, onlayn mağamızdan sevdiyiniz balı və digər məhsulları asanlıqla sifariş edib, qapınızda təhvil ala bilərsiniz.

Rəylər
Filtrləri təmizləyinHələ heç bir rəy yoxdur.