Bloq
Homogenat qarışımı
“Homogenat Qarışımı” ilə Daxildən Güclən
Sağlamlıq axtarışında olduğumuz bu dövrdə, təbiətin özündən gələn dəstəklərə geri dönmək artıq bir tendensiya yox, zərurətə çevrilib. Ən güclü təbii biostimulyatorlardan biri kimi tanınan homogenat, Balban Apiterapiya Təcrübəsinin nüvəsində yer alan məhsullardan biridir. Bu blogda onun nə olduğunu, niyə bu qədər faydalı hesab edildiyini və niyə artıq onu gündəlik həyatınıza qatmağın vaxtı gəldiyini izah edəcəyik.
Homogenat (Apilarnil) nədir?
Homogenat – erkək arıların həlməşik halında (7 günlük) çıxarılmış sarımtıl, bioaktiv, fermentlərlə zəngin yaş maddədir. Tərkibində:
- Təbii testesteron və hormon bənzəri maddələr
- Bioloji aktiv fermentlər
- Amin turşuları (əsas zülal blokları)
- A, B, E vitaminləri
- Fosfor, sink, maqnezium və s. minerallar var.
Balbanın Homogenat Qarışımı bu yaş homogenatın bal və çiçək tozu ilə qarışdırılaraq birləşdirilməsi ilə hazırlanır. Həm dad baxımından asan qəbul olunur, həm də güclü təsiri qorunur.
Homogenat Qarışımının (Təbii protein) Faydaları
Homogenat qarışımı — yalnız “enerji verir” deyə təqdim edilməsi doğru olmaz. Onun real təsir sahələri tibbi və bioloji baxımdan təsdiq olunmuşdur:
- İmmuniteti gücləndirir Orqanizmin virus, bakteri və göbələklərə qarşı müqavimətini artırır.
- Hormonal tarazlığı dəstəkləyir Xüsusilə kişilərdə testosteron səviyyəsini təbii şəkildə tənzimləməyə kömək edir.
- Xroniki yorğunluq və halsızlıqla mübarizə aparır Bədənə enerji verir, zehni və fiziki yorğunluğu azaldır.
- Ümumi bərpa və hüceyrə regenerasiyasını sürətləndirir Zülal və fermentlərlə zəngin tərkib bədəni yeniləyir.
- Qanazlığında dəstəkçi təsir göstərir B12 və fol turşusu tərkibi ilə qanın tərkibini yaxşılaşdırır.
- İdmanla məşğul olanlar üçün əzələ bərpasını sürətləndirir Əzələ yorğunluğu sonrası toparlanmanı dəstəkləyir.
- Sinir sistemini möhkəmləndirir Stressə qarşı davamlılığı artırır, yuxusuzluğun qarşısını alır.
- Zehni aydınlıq və yaddaşı gücləndirir Konsentrasiya və diqqət dağınıqlığı yaşayanlar üçün uyğundur.
- Mövsümi allergiyalara qarşı dayanıqlığı artırır Təbii bioaktiv maddələrlə allergik reaksiyaların səviyyəsini azaldır.
- Reproduktiv sağlamlığı dəstəkləyir Cinsi funksiyaların güclənməsinə yardımçı olur (kişilərdə və qadınlarda).
- Qocalma prosesini ləngidir Tərkibindəki antioksidantlar hüceyrə qocalmasını yavaşladır.
- Təbii adaptogen kimi fəaliyyət göstərir Bədənə uyğunlaşma gücü qazandırır, iqlim və stress dəyişikliyinə uyğunlaşdırır.
- Qaraciyər və daxili orqan funksiyalarını dəstəkləyir Toksinlərin bədəndən atılmasına kömək edir, orqanizmin daxili balansını qoruyur.
Kimə və Nə Zaman Uyğundur?
Homogenat qarışımı aşağıdakı hallarda istifadəyə uyğundur:
- 16 yaşdan yuxarı, fiziki və zehni yorğunluq hiss edənlər
- İmmunitet zəifliyi ilə üzləşən insanlar
- Təbii hormon dəstəyinə ehtiyac duyan kişilər
- İdmanla məşğul olanlar və bədən gücünü artırmaq istəyənlər
- Fəsil dəyişikliklərində bədəni möhkəmləndirmək istəyənlər
- Mentrual ağrıları yumşaltmaq istəyən qadınlar
Balban Homogenat Qarışımı niyə özəldir?
Bu qarışım, Balbanın 20 illik apiterapiya təcrübəsinə əsaslanan, tam orqanik və fayda yönümlü məhsuludur. Müasir həyatın sürətinə qarşı təbiətin balansını təklif edir. Süni əlavələrə ehtiyac duymadan, sadəcə arıların bioloji möcüzəsinə güvənərək hazırlanır.
📦 Məhsul Haqqında Ətraflı
- Tərkib: Yaş homogenat (apilarnil), 100% təbii bal, çiçək tozu
- Ölçü: 500 qramlıq bankada
- İstifadə Qaydası: Gündə 1 çay qaşığı, səhərlər acqarına (böyüklər üçün)
- Saxlama: Soyuducuda, +4°C şəraitdə