Ballı Çörəkotu Qarışımı 1kg
Endirimdə olan məhsul
Məhsul tükənmək üzərədir. Almağa tələsin
Ballı Çörəkotu Qarışımı 1kg
Balbanın çörəkotu ilə zənginləşdirilmiş balı, Qarabağ florasından toplanan təbii balın qədim şəfa bitkilərindən biri olan çörəkotu ilə harmoniyasından hazırlanır. Təbii immunitet dəstəyi və sağlam həyat tərzi üçün ideal seçimdir.
45.00₼ İlkin qiymət: 45.00₼.40.00₼Cari qiymət: 40.00₼.
200 AZN üzəri bütün sifarişlər Bakı və Sumqayıt şəhərləri ərazisində olan ünvanlara pulsuz çatdırılır.
Məhsul əgər çatdırılma zamanı zədələnibsə, məhsul sifarişdəki şəkillə uyğun deyilsə, məhulun ölçüsü və rəngi sifarişlə üst-üstə düşmürsə o zaman məhsulunuz geri qaytarılır.
Məhsul detalları
Bal, arı məhsulları və sağlamlıq qarışımları onlayn mağazası
Balban sizə təbii və laboratoriyadan keçmiş geniş çeşiddə bal, arı məhsulları və onlardan hazırlanmış sağlamlıq qarışımları təqdim edir. Artıq siz evdən çıxmadan, onlayn mağamızdan sevdiyiniz balı və digər məhsulları asanlıqla sifariş edib, qapınızda təhvil ala bilərsiniz.
Açıqlama
Ballı Çörəkotu Qarışımı 1kg
Ballı Çörəkotu Qarışımı haqqında məlumatlar
Balbanın ballı çörəkotu qarışımı – min illərdir həm şərq təbabətində, həm də xalq arasında “hər dərdin dərmanı” kimi tanınan çörəkotu və Qarabağın saf çiçək balının birləşməsi ilə hazırlanır. Bu iki təbii komponentin sinerjisi həm orqanizm üçün güclü təbii qoruma təmin edir, həm də gündəlik qidalanmaya faydalı əlavədir.
Çörəkotu toxumları antioksidantlarla, əsas yağ turşuları ilə və vitamin-minerallarla zəngindir. Bal isə onu bədənə daha asan mənimsədilən hala gətirərək təsirini artırır. Məhsul istiliksiz və qatqısız olaraq, əl işilə hazırlanır və orqanizmin ehtiyac duyduğu təbii dəstəyi verir.
İstifadə təklifləri:
-
Səhərlər acqarına 1 çay qaşığı qəbul edərək immun sisteminizi gücləndirə bilərsiniz.
-
Süd və ya yoqurtla qarışdırılaraq daha rahat istifadəsi mümkündür.
-
Soyuq mövsümlərdə boğaz ağrısı və soyuqdəyməyə qarşı profilaktik vasitə kimi tövsiyə olunur.
-
Uşaqlarda 1 yaşdan yuxarı miqdarla istifadə oluna bilər (həkim tövsiyəsi ilə).
Tərkibi: Qarabağ çiçək balı, üyüdülmüş və ya bütöv çörəkotu toxumu
Rəngi: Qızılı bal fonunda tünd çörəkotu hissəcikləri
Dad: Balın yumşaq şirinliyi və çörəkotunun acımtıl və ədvalı notları
Çəkisi: 500 qram və 1 kiloqram
Mənbə: Qarabağ bölgəsindən toplanmış çiçək balı və yerli çörəkotu
İstehsal: Əl işidir, istiliksiz və konservantsız üsulla hazırlanır
Saxlama: Sərin və quru yerdə saxlamaq tövsiyə olunur. Günəş şüasından qoruyun.
Ballı Çörəkotu Qarışımının Faydaları
-
Çörəkotu – iltihabəleyhinə, virus və bakteriyalara qarşı təbii qoruma
-
Bal – immuniteti gücləndirir, enerji verir, orqanizmin təbii balansını qoruyur
-
Tənəffüs yollarını açır – öskürək və boğaz ağrılarına qarşı təbii dəstək
-
Həzm sistemini tənzimləyir – bağırsaq florasını qoruyur və gücləndirir
-
Xroniki yorğunluq və halsızlığa qarşı – təbii enerji qaynağıdır
Ballı Çörəkotu Qarışımı Haqqında Tez-tez Verilən Suallar
1. Bu qarışım səhərlər acqarına istifadə oluna bilərmi?
Bəli. Gündə 1 çay qaşığı acqarına qəbul edilməsi tövsiyə olunur.
2. Soyuqdəyməyə qarşı faydalıdırmı?
Bəli. Çörəkotunun təbii iltihab və mikrob əleyhinə xüsusiyyətləri sayəsində bədəni qoruyur.
3. Uşaqlar istifadə edə bilərmi?
1 yaşdan yuxarı uşaqlara az miqdarda verilə bilər. Lakin hər ehtimala qarşı həkim məsləhəti alınmalıdır.
4. Diabet xəstələri üçün uyğundurmu?
Tərkibində süni şəkər yoxdur, lakin bal təbii şəkər ehtiva etdiyinə görə, istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.
Müştəri qiymətləndirməsi
Əlaqədar məhsullar
Bal, arı məhsulları və sağlamlıq qarışımları onlayn mağazası
Balban sizə təbii və laboratoriyadan keçmiş geniş çeşiddə bal, arı məhsulları və onlardan hazırlanmış sağlamlıq qarışımları təqdim edir. Artıq siz evdən çıxmadan, onlayn mağamızdan sevdiyiniz balı və digər məhsulları asanlıqla sifariş edib, qapınızda təhvil ala bilərsiniz.

Rəylər
Filtrləri təmizləyinHələ heç bir rəy yoxdur.