Bakı ofisi

(+99451) 515-77-21

Bizə yazın

    Ən çox verilən suallar

    Balbanı seçmək sənə nə qazandıracaq?

    Balbanın bal və digər arı məhsulları yerli sağlamlıq və aptek şəbəkələrinə, həmçinin, Yaponiyaya güvənlə ixrac olunub.
    Məhsullar birbaşa təsərrüfatdan qida standartlarına uyğun qablaşdırmada insanlara çatdırılır. Ən önəmlisi isə Balban markasının dürüstlük, təbiilik, şəfa və inkişaf dəyərləri 40 illik tarixə dayanır. Təsərrüfatın özəyində peşəkar arıçı Hikmət Əliyev və onun ailə üzvlərindən ibarət olan komandasının zəhməti dayanır.

    Niyə Balban? Fərqimiz nədir?

    Arılarımızı il ərzində 7-8 fərqli bölgənin təbii, müxtəlif florası olan yerlərə aparırıq— biz gəzgin arıçılıqla məşğuluq. Bu, yalnız çiçək tozunun deyil, həm də bal, arı südü, perqa və propolisin tərkibini zənginləşdirir. Nəticədə məhsullarımız bir bölgəyə yox, Azərbaycan təbiətinin müxtəlifliyinə əsaslanır. Balban ölkənin ən çox çiçək tozu istehsal edən təsərrüfatı və markasıdır. 

    Endirim və kampaniyalarınız varmı?

    Bəli, Balban olaraq əlamətdar bayramlarda, doğum günlərinə özəl və davamlı müştərilərimiz üçün endirim kodları təqdim edirik. Xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləməyi və saytımızda qeydiyyatdan keçməyi unutmayın!

    Sifariş və çatdırılma prosesi necə işləyir?

    Sifarişinizi sayt üzərindən asanlıqla seçib, onlayn kartla ödəyə bilərsiniz. Bakıdaxili çatdırılma 1-2 iş günü, bölgələrə isə 2-5 iş günü ərzində həyata keçirilir. Sifarişiniz təhlükəsiz şəkildə qablaşdırılıb, qapınıza qədər çatdırılır.

    Ödənişi necə edə bilərəm?

    Balban saytında bütün ödənişlər onlayn ödəniş sistemi vasitəsilə həyata keçirilir. Ödəniş prosesi Secure texnologiyası ilə qorunur və bank tərəfindən təsdiqlənmiş təhlükəsizlik üzərindən aparılır.

    Bal niyə bəzən xarlayır (kristallaşır)? Bu pis haldır?

    Xeyr, balın xarlaması (kristallaşması) heç də pis hal deyil — əksinə, onun təbii və qatqısız olduğunun göstəricisidir.
    Bu proses balın tərkibindəki qlükoza, fruktoza, saxaroza, prolin, diastaza fermenti, həmçinin mineral maddələr (kalium, maqnezium, kalsium), amin turşuları və enzimlər kimi komponentlərin miqdar və faiz nisbətindən asılı olaraq dəyişir.
    Məsələn, qlükoza miqdarı fruktozadan çox olan ballar daha tez kristallaşır. Çiçək növünə, iqlimə və saxlama şəraitinə görə də bu hal fərqlənə bilər.

    Arı məhsullarına allergiyam ola bilər?

    Əgər daha əvvəl istifadə etməmisinizsə, ilk dəfə az miqdarda sınaqdan keçirin. Bədəninizin reaksiyasına baxaraq davam etməyiniz tövsiyə olunur.

    Balı uşaqlara neçə yaşdan etibarən vermək olar?

    Bal yalnız 1 yaşdan yuxarı uşaqlara verilməlidir. 1 yaşdan kiçik körpələrin həzm sistemi tam inkişaf etmədiyi üçün bal onlar üçün riskli ola bilər.
    1 yaşdan sonra isə balı az miqdarda, tədricən verə bilərsiniz — həm immuniteti gücləndirir, həm də enerjili saxlayır.

    Çiçək tozu (Polen) və Güləm (Perqa) necə istifadə olunmalıdır?

    Polen və güləm güclü təbii qida əlavələridir. Gündəlik 1 çay qaşığı miqdarda, səhərlər acqarına və ya yeməkdən əvvəl qəbul edilə bilər. Bu məhsullar vitamin, mineral, ferment və amin turşuları ilə zəngindir — enerji verir, immuniteti gücləndirir və bədəni dəstəkləyir.

    Kosmonavt qidası kimlər və nə üçündür?

    Kosmonavt qidası — bal, arı südü, çiçək tozu və perqadan ibarət güclü təbii qidadır. O, yorğunluq, zəiflik, vitamin çatışmazlığı və immun zəifliyi yaşayan insanlar üçün ideal dəstəkdir. Orqanizmi qısa vaxtda enerji ilə təmin edir, hüceyrə səviyyəsində bərpaedici təsir göstərir.

    Kosmonavt qidasını hamilə qadınlar və uşaqlar istifadə edə bilərmi?

    Kosmonavt qidası 3 yaşdan yuxarı uşaqlar az çəki nisbətinə görə təyin olunan miqdarda valideyn nəzarəti ilə istifadə edə bilərlər.

    Kosmonavt qidası — vitamin, mineral və fermentlərlə zəngin bir qida dəstəyi kimi hamilə və süd verən analar üçün faydalı ola bilər. Lakin istifadəyə başlamazdan əvvəl apiterapevt və ya həkimlə məsləhətləşmək tövsiyə olunandır. Orqanizm həsass olduğu üçün az miqdarda qəbul olunaraq yoxlanılmalıdır və nticəyə uyğun olaraq davam edilə bilər

    Bal, arı məhsulları və sağlamlıq qarışımları onlayn mağazası

    Balban sizə təbii və laboratoriyadan keçmiş geniş çeşiddə bal, arı məhsulları və onlardan hazırlanmış sağlamlıq qarışımları təqdim edir. Artıq siz evdən çıxmadan, onlayn mağamızdan sevdiyiniz balı və digər məhsulları asanlıqla sifariş edib, qapınızda təhvil ala bilərsiniz.