balban.az- bal bağının saf incisi

Hər şey 40 ilə yaxın ömrünü arılara həsr etmiş Hikmət Əliyevin təcrübəsi və sevgisi ilə başladı. Onun bilik və zəhməti bu gün sağlam balı, təbii arı məhsullarını və xüsusi qarışımları onlayn şəkildə hər evə çatdırmaq üçün bir təşəbbüsə çevrildi. Məqsədimiz təbiətin şəfasını hər kəsə daha əlçatan və gündəlik istifadə üçün daha rahat etməkdir.

1987-ci ildə 2 ana arı ailəsi ilə fəaliyyətə başladığımız arıçılıq təsərrüfatımızda bu gün komanda şəklində 1000- ə yaxın arı ailəsi ilə birgə ölkənin illik bal və çiçək tozu istehsalını, həmçinin apiterapiya sahəsində məhsullarımızın keyfiyyəti ilə əhalinin keyfiyyətli məhsula olan tələbatının böyük bir hissəsini qarşılayırıq. Həmçinin, Yaponiyaya təsərrüfatımızdan 2017-ci ildə 4 ton, 2018-ci ildə isə 5 ton Biyan balı ixrac etmişik və 19 ildir Bakıda müxtəlif yerlərdə Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən Kənddən şəhərə Bal Yarmarkasında iştirak edirik.

Missiyamız:

Laboratoriya sertifikatlı, tam təbii arı məhsullarımızı daha əlçatan edərək, sağlamlığı və xoşbəxtliyi hər kəsin gündəlik həyatına daşımaq üçün çalışırıq. Məqsədimiz – hər sifarişi bir şirin və etibarlı təcrübəyə çevirməkdir.

Vizyon:

İnsanların güvənlə seçdiyi, təbiiliyi və keyfiyyəti ilə sevgi qazanan, sağlam həyat tərzini təşviq edən və hər evin rəfində öz yeri olan ilhamverici bir brend olmaq.

Dəyərlər:

Təbiilik və Saflıq

Sağlamlıq və Xoşbəxtlik

Keyfiyyət və Güvən

İnnovasiya və Yenilikçilik (Apiterapiya İnnovasiyası)

Praktiklik və Rahatlıq

Təhsil və Maarifləndirmə

Müştəri Məmnuniyyəti

Hədiyyəlik və Estetika

Təsərrüfat haqqında ətraflı məlumatlar üçün Youtube kanalına yerləşdirilmiş müsahibələrə aşağıdakı linklərdən baxa bilərsiniz.

  1. Azərbaycanda 100% Təbii Arı Balı Məhsulları Qarışıqları