Özəl Homogenat Qarışımı 0.5kg
Endirimdə olan məhsul
Məhsul tükənmək üzərədir. Almağa tələsin
Özəl Homogenat Qarışımı 0.5kg
Balbanın “Özəl Homogenat Qarışımı” — erkək arı həlməşiyi (yaş homogenat), Qarabağ balı və çiçək tozunun təbii və gücləndirici təsirini birləşdirən unikal bir məhsuldur. Tərkibi ilə bədəni içdən qidalandırır, canlılığı artırır və təbii hormonal tarazlığı dəstəkləyir.
50.00₼ İlkin qiymət: 50.00₼.45.00₼Cari qiymət: 45.00₼.
200 AZN üzəri bütün sifarişlər Bakı və Sumqayıt şəhərləri ərazisində olan ünvanlara pulsuz çatdırılır.
Məhsul əgər çatdırılma zamanı zədələnibsə, məhsul sifarişdəki şəkillə uyğun deyilsə, məhulun ölçüsü və rəngi sifarişlə üst-üstə düşmürsə o zaman məhsulunuz geri qaytarılır.
Məhsul detalları
Bal, arı məhsulları və sağlamlıq qarışımları onlayn mağazası
Balban sizə təbii və laboratoriyadan keçmiş geniş çeşiddə bal, arı məhsulları və onlardan hazırlanmış sağlamlıq qarışımları təqdim edir. Artıq siz evdən çıxmadan, onlayn mağamızdan sevdiyiniz balı və digər məhsulları asanlıqla sifariş edib, qapınızda təhvil ala bilərsiniz.
Açıqlama
Özəl Homogenat Qarışımı 0.5kg
Bu məhsul, apiterapiya təcrübəsində özünü sübut etmiş homogenat (apilarnil) əsasında hazırlanıb. Homogenat – erkək arıların 6-7 günlük inkişaf dövründə çıxarılan, fermentlərlə, hormon bənzəri maddələrlə və zülallarla zəngin bioloji aktiv maddədir.
Balbanın bu yaş homogenatı Qarabağ florasından süzülmüş bal və çiçək tozu (polen) ilə balanslaşdıraraq təqdim etməsi, məhsulun həm faydalılıq, həm də orqanizmdə sorulma dərəcəsini artırır. Bu məhsul, xüsusilə zəiflik, stres, fiziki yorğunluq, cinsi disfunksiya və ümumi orqanizmin zəifləməsi zamanı dəstək məqsədilə istifadə olunur.
Unikal tərkib enerji, regenerasiya, hormon dəstəyi və stressə qarşı müqavimət baxımından güclü təsir göstərir.
Texniki Məlumatlar
- Tərkibi: Yaş homogenat (erkək arı həlməşiyi), Qarabağ balı, çiçək tozu
- Rəngi: Açıq qızılıdan narıncıya qədər
- Dad: Yumşaq ferment dadı, bal və polenin təbii şirinliyi ilə balanslanmış
- Çəkilər: 500 q
- Saxlama: Soyuducuda (2–6 °C-də), hava keçirməyən qabda saxlanmalıdır
- Hazırlanma üsulu: İstiliksiz, canlı fermentlərin qorunduğu təbii qarışdırma üsulu ilə
Tərkibin Faydaları
Homogenat (Apilarnil / Erkək arı həlməşiyi)
- Təbii protein və amin turşuları ilə hüceyrə quruluşunu dəstəkləyir
- Bioloji aktiv fermentlərlə enerji istehsalını artırır
- Təbii testesteron tərkibli komponentlərlə hormonal tarazlığa kömək edir
- Stresi azaldır, zehni və fiziki gücü artırır
Qarabağ Balı
- Antibakterial və iltihab əleyhinə təsir
- Orqanizmin ümumi müqavimətini yüksəldir
- Canlı fermentlər və vitaminlərlə orqanizmi dəstəkləyir
Çiçək Tozu (Polen)
- Təbii B vitamin kompleksi ilə sinir sistemini qidalandırır
- Zülal və mikroelementlərlə enerji ehtiyacını qarşılayır
- Yorğunluq, zəiflik və immun sistem zəifliyi zamanı gücləndirici rol oynayır
Tez-tez Verilən Suallar
1. Homogenat nədir və necə əldə olunur?
Homogenat, erkək arıların inkişafının 7-ci günündə alınan, yüksək bioloji aktivlik göstərən yaş maddədir. Təbii hormonlar, fermentlər və zülallarla zəngindir.
2. Bu məhsul hansı məqsədlə istifadə olunur?
Bədəndə enerji azalması, stress, zəiflik, hormonal balanssızlıq və regenerasiya ehtiyacı zamanı istifadə olunur.
3. Necə qəbul edilməlidir?
Gündə 1 çay qaşığı, səhərlər acqarına və ya yeməkdən 30 dəqiqə əvvəl. Həkimlə məsləhətləşmə tövsiyə olunur.
4. Kimlər üçün uyğun deyil?
Arı məhsullarına qarşı allergiyası olanlar, hamilələr və xroniki endokrin xəstəliyi olan şəxslər istifadədən əvvəl mütləq həkimə müraciət etməlidirlər.
Müştəri qiymətləndirməsi
Əlaqədar məhsullar
Bal, arı məhsulları və sağlamlıq qarışımları onlayn mağazası
Balban sizə təbii və laboratoriyadan keçmiş geniş çeşiddə bal, arı məhsulları və onlardan hazırlanmış sağlamlıq qarışımları təqdim edir. Artıq siz evdən çıxmadan, onlayn mağamızdan sevdiyiniz balı və digər məhsulları asanlıqla sifariş edib, qapınızda təhvil ala bilərsiniz.

Rəylər
Filtrləri təmizləyinHələ heç bir rəy yoxdur.