Quru Homogenat
Endirimdə olan məhsul
Məhsul tükənmək üzərədir. Almağa tələsin
Quru Homogenat
Balban Quru Homogenat – erkək arı həlməşiyinin xüsusi liyofilizasiya üsulu ilə qurudularaq aktiv maddələrinin tam qorunduğu, yüksək zülal, protein və ferment tərkibli təbii arı məhsuludur. Sərbəst istifadəyə uyğun, uzun ömürlü və apiterapiyada funksional gücə sahibdir.
35.00₼ İlkin qiymət: 35.00₼.32.00₼Cari qiymət: 32.00₼.
200 AZN üzəri bütün sifarişlər Bakı və Sumqayıt şəhərləri ərazisində olan ünvanlara pulsuz çatdırılır.
Məhsul əgər çatdırılma zamanı zədələnibsə, məhsul sifarişdəki şəkillə uyğun deyilsə, məhulun ölçüsü və rəngi sifarişlə üst-üstə düşmürsə o zaman məhsulunuz geri qaytarılır.
Məhsul detalları
Bal, arı məhsulları və sağlamlıq qarışımları onlayn mağazası
Balban sizə təbii və laboratoriyadan keçmiş geniş çeşiddə bal, arı məhsulları və onlardan hazırlanmış sağlamlıq qarışımları təqdim edir. Artıq siz evdən çıxmadan, onlayn mağamızdan sevdiyiniz balı və digər məhsulları asanlıqla sifariş edib, qapınızda təhvil ala bilərsiniz.
Açıqlama
Quru Homogenat
Quru Homogenat Haqqında Məlumatlar
Homogenat, erkək arıların inkişaf dövrünün 6–7-ci günündə çıxarılan, bioloji baxımdan ən aktiv mərhələsində toplanan zülal və hormon mənşəli yaş həlməşikdir. Tərkibində yüksək səviyyədə:
- Bioloji aktiv fermentlər,
- Təbii hormon bənzəri maddələr
- Amin turşuları və vitaminlər
- Sink, fosfor, maqnezium kimi mikroelementlər yer alır.
Balban bu yaş homogenatı liyofilizasiya adlanan xüsusi dondurularaq qurudulma texnologiyası ilə işləyir. Bu proses:
- Tərkibin fermentlərini, hormonlarını və qida dəyərini korlamadan qoruyur,
- Homogenatın quru formaya keçməsini təmin edir,
- İstiliklə qurudulmuş məhsullardan fərqli olaraq bioaktivlik səviyyəsini maksimum dərəcədə saxlayır.
Beləliklə, Balban Quru Homogenat – həm istifadədə rahatlıq, həm də uzunmüddətli keyfiyyət və effektlilik təmin edir.
- Tərkibi: 100% liyofilizə olunmuş erkək arı həlməşiyi (apilarnil)
- İstehsal üsulu: Liyofilizasiya (dondurularaq qurudulma) – -50 dərəcədə vakuumla qurutma
- Forması: Toz
- Rəngi: Açıq sarı – krem çalarlı
- Dad: Neytral – fermentvari və yüngül spesifik arı məhsulu notları
- Qablaşdırma: 10 q, 20 q şüşə və ya hava keçirməyən qablarda
- Saxlama: Sərin və quru yerdə, birbaşa günəş işığından uzaqda
- İstifadə müddəti: 12 ay (qapalı halda)
Tərkibin Faydaları
- Yüksək keyfiyyətli zülal və ferment qaynağıdır
- Hüceyrə yenilənməsi və bərpa proseslərini sürətləndirir
- Orqanizmin stresə və yorğunluğa qarşı müqavimətini artırır
- Təbii testesteron və hormon dəstəyi ilə enerji verir
- Fiziki və zehni güc zəifliyi zamanı bədəni dəstəkləyir
- İmmuniteti gücləndirir, xüsusilə dəyişkən hava və fəsil keçidlərində
Tez-tez Verilən Suallar
1. Quru homogenatla yaş homogenat arasında fərq nədir?
Quru homogenat uzunmüddətli saxlama və daşınma baxımından daha əlverişlidir. Liyofilizasiya yolu ilə qurudulduğu üçün bioloji aktivliyi yaş formada olduğu kimi qoruyur.
2. Liyofilizasiya nədir?
Dondurularaq qurudulma texnologiyasıdır. Tərkibdəki su buxarlanır, lakin qida dəyəri, fermentlər və hormonlar dəyişməz qalır.
3. Enerji və cinsi sağlamlıq üçün necə istifadə olunur?
Mütəmadi istifadə ilə bədəndə enerji balansı qurur, xüsusilə kişilərdə hormonal tarazlığı dəstəkləyir. Qadınlar üçün də menstruial tsikl zamanı və menopauza dövrünü gecikdirmək üçün faydalıdır.
4. Digər arı məhsulları ilə qarışdırıla bilərmi?
Bəli. Bal, polen, arı südü və ya propolislə qarışdırılıb istifadə etmək təsirini artırır.
Müştəri qiymətləndirməsi
Əlaqədar məhsullar
Bal, arı məhsulları və sağlamlıq qarışımları onlayn mağazası
Balban sizə təbii və laboratoriyadan keçmiş geniş çeşiddə bal, arı məhsulları və onlardan hazırlanmış sağlamlıq qarışımları təqdim edir. Artıq siz evdən çıxmadan, onlayn mağamızdan sevdiyiniz balı və digər məhsulları asanlıqla sifariş edib, qapınızda təhvil ala bilərsiniz.

Rəylər
Filtrləri təmizləyinHələ heç bir rəy yoxdur.